Onlayn ictimai-siyasi qəzet
İranın şimal-şərqində yerləşən Məşhəd şəhərində motosiklet istehsalı zavodunda güclü yanğın baş verib.
Musavat.com xəbər verir ki, bu barədə "Azad İran" Telegram kanalı məlumat yayıb.
Şəhərin yanğınsöndürmə xidmətinin baş direktorunun sözlərinə görə, ümumi sahəsi 4000 kvadratmetr olan təkər və karton anbarı tamamilə alova bürünüb.
Hadisə yerinə gələn yanğınsöndürmə briqadaları alovun söndürülməsi ilə məşğuldur.
Ölən və yaralananlar barədə məlumat yoxdur.
@@TVmusavat/114387@@
Musavat.com
04 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ