Onlayn ictimai-siyasi qəzet
Aktyor Cavidan Novruz Xalq artisti Əli Nurun onun Akademik Milli Dram Teatrından uzaqlaşdırılmasını istəməsinə reaksiya bildirib.
Musavat.com xəbər verir ki, C.Novruz bildirib ki, Ə.Nurun qalmaqallı sözlərinə cavab verməyəcək:
"Həmişə qışqıran, rahatlıqla kiminsə ailəsinə dil uzadan, söyüşlə danışan adamların günahı olur. İnanın ki, bu, belədir. Belə insanlar hər zaman yalan danışır. Həmişə bağıra-bağıra danışan, çox tez-tez bir şeyi söyüşlə, qışqırtı ilə izah edən adamlar yalançı olur. Susacağam... Nə deyilsə belə susacağam. Heç kimə cavab verməyəcəyəm. Lazım gəlsə, təklikdə cavab verəcəyəm".
Qeyd edək ki, Cavidanın "Atamın dəfnində təmtəraqlı çıxışlar olmadı. Əli Nurun ora gəlməsinin bir mənası yox idi" sözlərinə əsəbiləşən Ə.Nur Cavidan Novruzu təhqir edib və onun teatrdan çıxarılmasını istəyib.
Könül
Musavat.com
13 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ