İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrovun qızının Tiflisə gəlməsi xəbəri ölkəni qarışdırdı

Rusiya xarici işlər nazirinin özü kimi ailə üzvləri də Gürcüstanın qoşulduğu Qərbin sanksiya siyahılarına daxil edilib, bəs...

Rusiya xarici işlər naziri Sergey Lavrovun qızı Yekaterina Vinokurova (Lavrova) Gürcüstandadır. Musavat.com xəbər verir ki, bu barədə “Mtavari Arxi” telekanalı məlumat yayıb. Məlumata görə, Rusiya XİN rəhbərinin ailəsi Kaxetiyaya möhtəşəm toyda iştirak etmək üçün gəlib.

Telekanalın məlumatına görə, Lavrovun kürəkəni olan rusiyalı iş adamı Aleksandr Vinokurovun qardaşı ailə qurur. Toy “Kvareli Lake Resort” da olacaq. Bu səbəbdən otel iki gün yerli qonaqlar üçün bağlanıb və qonaqları qəbul etməyə hazırlaşır.

“Kvareli Lake Resort” kompleksində isə jurnalistlərə bildirilib ki, onların Lavrov soyadlı qonaqları yoxdur.

539x400_0xc0a8399a_15593411681488032018.jpeg (48 KB)

"Biz bəyan edirik ki, Lavrovun qızının burada olması həqiqətə uyğun deyil, bizdə Lavrov soyadlı qonaqları nə indi, nə də əvvəllər qeydə alınıb "deyə, “Kvareli Lake Resort”-da bildirib.

Telekanalı əməkdaşları isə bu dəfə informasiyanı fəqli yöntəmdə araşdırmağa başlayıblar. Belə ki, jurnalist özünü gül dükanı kuryeri kimi təqdim edərək “Kvareli Lake Resort”a zəng edib. O, buketin çatdırılmasının Lavrova-Vinokurovanın adına sifariş verildiyini deyib və qonağın artıq həmin yerə gəlib-gəlmədiyini dəqiqləşdirməyi xahiş edib. Telekanal iddia edir ki, hotel nümayəndəsi dəqiqləşdirmək üçün vaxt istəyib, bundan sonra buketin göndərilə biləcəyini təsdiqləyib. Bundan sonra telekanal Rusiya xarici işlər nazirinin qızının həqiqətən də oteldə olduğu qənaətinə gəlib. Telekanal keyfiyyətsiz olsa da, Lavrovun qohumlarının Tiflisdə çəkdirdiyi rəsmi nikah mərasimindən video yayımlayıb.

Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri və hakim “Gürcü arzusu” partiyasının üzvləri Sergey Lavrovun qohumlarının ölkəyə səfəri ilə bağlı məlumatı şərh etməyiblər.

WhatsApp Image 2023-05-20 at 13.53.56.jpeg (71 KB)

Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun ailə üzvləri də özü kimi Qərbin sanksiya siyahılarına daxil edilib. Bu o deməkdir ki, onların bu ölkələrə girişi qadağandır. Məlumdur ki, Gürcüstan bu sanksiyalara qoşulub, lakin Rusiya Federasiyasına qarşı birbaşa iqtisadi sanksiyalar tətbiq etməkdən imtina edib.

Lavrovun qızının Gürcüstana ehtimal edilən səfəri dörd illik fasilədən sonra Moskvadan ilk birbaşa uçuş həyata keçirən Rusiyanın “Azimut” aviaşirkətinin təyyarəsi mayın 19-da Tbilisiyə enişindən sonra tirajlanıb. Bu, iki ölkə arasında birbaşa reyslərə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasından sonra Moskvadan ilk uçuşdur.

Qeyd edək ki, bir neçə gündür ki, Gürcüstanın paytaxtında Rusiya ilə birbaşa uçuşların ləğvi tələbi ilə etiraz aksiyası keçirilir. Mitinq iştirakçıları Moskvanın birbaşa reyslərə qoyulan qadağanı aradan qaldırmaq və gürcülər üçün viza rejimini ləğv etmək qərarına Gürcüstan hakimiyyətinin müsbət reaksiyasını tənqid ediblər. Onlar ölkə rəhbərliyindən Tiflis ilə Moskva arasında birbaşa reyslərə qadağa qoyulmasını tələb edirlər.

Orxan ƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR