İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrovdan SENSASİON AÇIQLAMA - "İran və İsrail arasında böyük müharibə..."

"Qonşu ölkələrin də iştirakı ilə İran və İsrail arasında böyük müharibə istəyən yeganə tərəf İsraildir”.

Musavat.com xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

"İran qəti şəkildə təxribatlara boyun əymək, hər hansı irimiqyaslı hərbi əməliyyatlara qoşulmaq istəmir. Onlar İranı təxribata çəkmək istəyirlər. HƏMAS-ın siyasi lideri İsmayıl Həniyənin Tehranda yeni prezidentin andiçmə mərasimində öldürülməsi təbii ki, təxribatdır. İran İslam Respublikası hökumətinin qonağı bilərəkdən öldürüldü, İran bundan sonra heç bir reaksiya vermədi, lakin ərazi bütövlüyü və suverenliyi pozulduğu üçün bu hüququ özündə saxladığını bildirdi" - , deyə Lavrov qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR