İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrova BÖYÜK ŞOK - Sədrlik etdiyi iclasda...

Dünən Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə BMT Təhlükəsizlik Şurasının iclası keçirilib.

Musavat.com xəbər verir ki, "BMT Nizamnaməsinin prinsiplərinin müdafiəsi ilə effektiv çoxtərəflilik" gündəliyi ilə keçirilən toplantıda rəsmi Moskvaya qarşı sərt tənqidlər səsləndirilib.

İclasda Lavrovun yanında əyləşən BMT-nin baş katibi Antonio Quterreş Rusiyanın Ukraynada törətdiyi “dağıdıcılığı” pisləyərək, Rusiyanın işğalının beynəlxalq hüququ pozduğunu və Ukrayna xalqına “böyük əzab” verdiyini bildirib.

Avropa Birliyinin BMT-dəki nümayəndəsi Olof Skooq Rusiyanı tənqid edib:

"Rusiya bu görüşü təşkil etməklə özünü BMT Konvensiyasının müdafiəçisi kimi təqdim etməyə çalışır. Bu, reallıqdan uzaq və gülünc vəziyyətdir”.

Sergey Lavrov isə sessiyadan əvvəl verdiyi açıqlamada BMT sisteminin "dərin böhrandan keçdiyini" bildirib və bu vəziyyətə görə başda ABŞ olmaqla Qərb ölkələrini ittiham edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR