İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrov Ukraynanın hücumlarından Hakan Fidana ŞİKAYƏT ETDİ

Türkiyə xarici işlər naziri Hakan Fidanın rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı baş tutub.

Musavat.com xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, Lavrov Hakan Fidanla telefon danışığı zamanı Ukraynanın “Türk axını” qaz kəmərinin “Russkaya” kompressor stansiyasına hücum cəhdi barədə məlumat verib.

Lavrov ciddi şəkildə türkiyəli həmkarından Ukraynanın hücum cəhdlərinin qarşısını almaqdan ötrü Kiyevlə əməkdaşlıqda Ankaranın mövcud imkanlarından istifadə etməyi xahiş edib.

Bildirilib ki, Hakan Fidan lazımi tədbirlərin görüləcəyinə təminat verib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Mart 2025

BÜTÜN XƏBƏRLƏR