İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrov İstanbul danışıqlarının sirrini ABŞ -da açdı: ilk dəfə dedi ki...

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna ilə bağlı İstanbul danışıqlarının bəzi təfərrüatını açıqlayıb.

Musavat.com “Report”a istinadən xəbər verir ki, bu barədə rusiyalı nazir BMT-də keçirdiyi mətbuat konfransında danışıb.

Onun sözlərinə görə, iki ölkənin nümayəndə heyəti arasında 2022-ci ilin aprelində İstanbulda əldə olunan razılaşma imzalansaydı Ukrayna, Krım (Rusiya tərəfindən ilhaq edilib – Qeyd) və o zaman Rusiya qoşunlarının nəzarətində olan ərazilər istisna olmaqla, 1991-ci il sərhədləri daxilində qalacaqdı.

Xatırladaq ki, martın 10-da Antalyada keçirilən diplomatik forum çərçivəsində Ukrayna və Rusiyanın xarici işlər nazirləri Dmitri Kuleba və Sergey Lavrov arasında görüş keçirilib və martın 29-da İstanbulda nümayəndə heyəti səviyyəsində danışıqlara start verilib.

Görüş zamanı Ukrayna tərəfi Rusiya nümayəndələrinə saziş layihəsi (“İstanbul kommünikesi”) təhvil verib. Burada, digər məsələlərlə yanaşı, Ukraynanın xüsusi təhlükəsizlik təminatları altında qeyri-nüvə ölkəsi kimi bloklara qoşulmamaq statusuna hazır olduğu və Krım məsələsinin 15 il ərzində diplomatiya yolu ilə həll edilməsi təklif edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR