Onlayn ictimai-siyasi qəzet
Rusiyanın xarici işlər naziri Sergey Lavrov İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri ilə görüşüb.
"Report" xəbər verir ki, görüş BMT-nin mənzil-qərargahında baş tutub.
Tərəflər iqtisadi əlaqələri və regiondakı vəziyyəti müzakirə ediblər.
Lavrov Əli Baqiriyə Rusiyaya səfərə dəvətini xatırladıb:
"Unutmayın ki, Rusiyaya səfər etmək üçün mənim dəvətim var, bir şəhər seçin - Moskva, Həştərxan, Murmansk".
Lavrov daha əvvəl Nyu-Yorka gəlib və orada BMT Təhlükəsizlik Şurasında nazirlərin debatına sədrlik edəcək.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ