Onlayn ictimai-siyasi qəzet
ABŞ və onun peykləri Rusiyanın köməyi ilə Ermənistan və Azərbaycanın əldə etdiyi razılaşmaların yerinə yetirilməsinə xələl gətirməyə çalışır. Musavat.com bildirir ki, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov deyib.
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Minskdə keçirdiyi mətbuat konfransında qeyd edib ki, kollektiv Qərb Cənubi Qafqazda vəziyyətin sabitləşməsi prosesinə müdaxilə etməyə çalışır. Onun sözlərinə görə, ABŞ Mərkəzi Asiyada da fəaldır, burada Rusiyaya qarşı müxtəlif formatlar yaradılır. Lavrov deyib ku, Rusiyanın strateji müttəfiqləri böyük təzyiq altındadır, buna baxmayaraq, onlar inteqrasiya strukturlarının - Aİİ, MDB və KTMT-nin əsaslandığı ümumi dəyərlərə və prinsiplərə sadiq qalırlar. O, əmindir ki, strateji baxımdan Qərb xətti uğursuzluğa məhkumdur.
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ