İnsanlara hürriyət, millətlərə istiqlal!

Latın Amerikası Çinlə birləşir: ABŞ-ın “arxa həyəti” əlindən gedir

"Latın Amerikası uğrunda mübarizə şiddətlənib".

Bu barədə Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Politoloq qeyd edib ki, Çin müxtəlif qitələrə, o cümlədən Cənubi Amerikaya diqqətini artırıb:

"Öz növbəsində Cənubi Amerika ölkələri Pekinlə təmaslarını genişləndiriblər. Söhbət o ölkələdən gedir ki, həmin dövlətlərin başında solçu liderlər dayanıb. Bunun səbəblərindən biri Latın Amerikasının solçu liderlərinin Vaşinqtonun təsirindən uzaqlaşmaq istəyidir.

ELXAN SON.jpg (74 KB)

Bu arada, Braziliya prezidenti Lula da Silvanın Çinə rəsmi səfəri başlayıb. Braziliya siyasi və iqtisadi baxımdan Cənubi Amerikanın güclü dövlətlərindəndir. Braziliya prezidenti ABŞ-la münasibətlərdə balansı qorumağa çalışır. Bu səfərin nəticəsi olaraq Çinin Braziliyaya yatırımlarının miqyasının artıracağını proqnozlaşdırmaq olar. Çin Cənubi Amerika ölkələrinə 9.2 milyard dollar civarında yatırım qoymağı planlaşdırır. Çin bu qitəyə həm yatırımlarını, həm də Cənubi Amerika ölkələrinin yeraltı sərvətlərinin idxalını artıracaq.

Vaşinqton Çinin Cənubi Amerikaya artan diqqətindən narahatdır. ABŞ prezidenti Donald Tramp və onun komanda üzvləri "Monro doktrinası"na üstünlük verirlər. Yəni Şimali və Cənubi Amerika Vaşinqtonun təsir dairəsində olmalı, fərqli qitələrin böyük dövlətlərin bu bölgədə fəallığının qarşısı alınmalıdır. Dövlət katibi Marko Rubio da eyni mövqedədir.

O, Vaşinqtonun xarici siyasətində Şimali və Cənubi Amerikanın əsas istiqamtələr olduğunu vurğulayıb. Bu məntiqlə Çinin Cənubi Amerika ölkələri ilə sıx əməkdaşlığı Vaşinqtonun təhlükəsizlik maraqlarına ziddir. Məhz buna görə Tramp ilk olaraq Çinin Panama kanalındakı mövqelərini zəiflətdi. Vaşinqtonun təzyiqləri nəticəsində Panama dövləti Çinlə əməkdaşlığına yenidən baxmaq məcburiyyətində qaldı.

Hazırda növbə digər Cənubi Amerika ölkələrinə çatıb. Əlbəttə, Braziliya Panama deyil və bu dövlətə təzyiqin əks-effekti ola bilər.

Braziliya Çinlə əməkdaşlığa maraq göstərsə də, Luiz İnasio Lula da Silva Çinin bir qisim strateji məhsuluna gömrük rüsumlarını artırıb. Görünür, Braziliya prezidenti ehtiyat edir ki, Çinin ucuz məhsulları Braziliya istehsalına mənfi təsir edə bilər.

Meksika da Çinlə tərəfdaşlığına baxmayaraq, bu ölkənin artan idxalını məhdudlaşdırmağa çalışır".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 May 2025

BÜTÜN XƏBƏRLƏR