Onlayn ictimai-siyasi qəzet
Olimpiya Oyunlarında əli cibində atış etməklə dünyanın gündəminə düşən türkiyəli atıcı Yusuf Dikeç paraatletimiz Lamiyə Vəliyevanı təbrik edib.
Musavat.com xəbər verir ki, bu barədə o, İctimai TV-yə danışıb.
"Lamiyə, qazandığın uğurların münasibətilə səni təbrik edirəm. Gözəl ölkəm Türkiyədən Can Azərbaycana sonsuz sevgi və salamlarımı göndərirəm. İki dövlət, tək millət şüarı bir daha reallaşdı", - Dikeç söyləyib.
Qeyd edək ki, Lamiyə Vəliyeva Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında T13 kateqoriyasında 100 metr məsafəyə qaçışda finişə 11.76 saniyəyə birinci çataraq qızıl medal qazanıb. O, qələbəsini Olimpiya Oyunlarında mükafat qazanan türkiyəli atıcı Yusuf Dikeçin pozu ilə qeyd edib.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ