Onlayn ictimai-siyasi qəzet
Əməkdar artist Lalə Məmmədova yeni görüntüsü ilə müzakirələrə səbəb olub.
Yenisabah.az xəbər verir ki, tez-tez saç rəngini və düzümünü dəyişən sənətçi bu dəfə onları şabalıdı rəngə boyadaraq uzadıb.
46 yaşlı Lalənin imici üzərində isə peşəkar stilist və vizajist Elnur Həsənov çalışıb.
O, dəbdəbəli və qlamur tərzi ilə kamera qarşısına keçərək yeni görüntülərini pərəstişkarları ilə bölüşüb.
İzləyicilərin bir çoxu yeni görünüşü ilə müğənnini tanımaqda çətinlik çəkiblər.
Lalə Məmmədova bir müddət öncə üzündə plastik və estetik əməliyyat keçirərək xarici görünüşünü tamamilə dəyişib.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ