İnsanlara hürriyət, millətlərə istiqlal!

Laçında təcili tibbi yardım briqadaları fəaliyyətə başlayıb

Laçında TƏBİB-in tabeliyində olan təcili tibbi yardım briqadaları fəaliyyətə başlayıb.

TƏBİB-dən Musavat.com-a verilən xəbərə görə, Azərbaycan Ordusunun hərbi qulluqçularının sağlamlıqlarının nəzarətdə saxlanılması üçün Müdafiə Nazirliyi TƏBİB-ə müraciət edib. Müraciət əsasında TƏBİB-in tabeliyində olan Təcili Təxirəsalınmaz Tibbi Yardım (TTTY) Stansiyasının “113” dispetçer mərkəzinin və Xocavənd Rayon Mərkəzi Xəstəxanasının Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşlarından ibarət iki TTTY həkim briqadası Laçında fəaliyyət göstərməyə başlayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR