Onlayn ictimai-siyasi qəzet
İlk yayın vaxtı 19:39
Laçında ekskavator tank əleyhinə minaya düşüb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı "Report"a bildirib ki, bu gün saat 16 radələrində Laçın rayonunun Qazıdərə kəndinin ərazisində Həkəri çayının sahilində təmir-bərpa işləri aparan şirkətlərdən birinə məxsus ekskavator tank əleyhinə minaya düşüb. Hadisə nəticəsində xəsarət alan olmayıb, texnikaya maddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
02 May 2025
01 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ