Onlayn ictimai-siyasi qəzet
"Laçının Ermənistanla sıfır nöqtəsində Azərbaycanın sərhəd-buraxılış məntəqəsinin yaradılması əhəmiyyətli zəncir yaratdı. Bu, Azərbaycanın sərhədlərinin təhlükəsizliyinin təmini fonunda Qarabağa qeyri-qanuni silah daşınmasındakı təchizat zəncirini dağıtdı. Azərbaycanın isə təhlükəsizlik zəncirindəki həlqələr bərkidi".
Bu fikirləri Musavat.com-a açıqlamasında siyasi şərhçi Aqşin Kərimov Laçında sərhəd-keçid məntəqəsinin yaradılmasının bir illiyi ilə bağlı şərhində bildirib.
Ekspert qeyd edib ki, sərhəddəki nəzarət rejiminin sərhəd-gömrük prosedurlarına uyğunlaşdırılması artıq Ermənistandan giriş-çıxış məsələlərinə hüquqi nəzarət modelində daşları yerinə oturtdu:
"Sərhəddə təhlükəsizlik rejiminin hərbi prizmadan kənar əlavə hüquqi əsasları diqqəti Qarabağ iqtisadi rayonundakı separatizmi daxili məsələ kontekstinə gətirdi. Deməli, Laçında sərhəd-buraxılış məntəqəsinin qurulması:
- Azərbaycanda separatizmin təchizat kanallarını blokladı,
- İzolyasiyaya düşən separatçılar küncə qısnanmış vəziyyətdə qaldı,
- Nəticədə Azərbaycan antiterror tədbirləri ilə sürətli nəticə əldə etdi.
Bir sözlə, Laçındakı sərhəd məntəqəsi regionun geosiyasi mənzərəsinin üzərinə əhəmiyyətli təhlükəsizlik çətiri qaldırdı".
Nigar HƏSƏNLİ,
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ