Onlayn ictimai-siyasi qəzet
İşğaldan azad olunan Laçın rayonuna köç edən növbəti ailələrə evlərinin açarları təqdim edilib.
Musavat.com "Report"a istinadən xəbər verir ki, açarlar Laçında "Bakı Abadlıq Xidməti"ndə sahiblərinə təqdim olunub.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bərpa edilən və yenidən qurulan Laçın şəhərinə məcburi köçkünlərin qayıdışı davam edir. İyunun 14-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçına yola salınıb və daha 22 ailə - 72 nəfər doğma yurda dönüşün sevincini yaşayıb. Bundan əvvəl isə Laçın şəhərinə 20 ailə, yəni 97 nəfər köçürülmüşdü.
Laçına qayıdan ailələr, əsasən, Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayan keçmiş məcburi köçkünlər arasından seçilib. Onlar Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşıblar.
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ