İnsanlara hürriyət, millətlərə istiqlal!

Laçın postunda görüntüləri yayıldı, Rusiya HƏRƏKƏTƏ keçdi – SON DƏQİQƏ açıqlaması

“Laçın sərhəd-buraxılış məntəqəsində Xankəndidən Ermənistana köçən şəxslər də müşahidə olunur. Bu onu deməyə əsas verir ki, separatçı rejimin xəyallarına inanmayan, separatizmi dəstəkləməyən və sərbəst seçimini edən şəxslər mövcuddur”.

Bu sözləri Musavat.com-a politoloq İlyas Hüseynov deyib.

ilyas 1.jpg (33 KB)

Politoloq bildirib ki, digər tərəfdən, Rusiyanın hərəkətə keçməsi halları da müşahidə olunur:

“3 ilə yaxın müddət ərzində heç kimə sirr deyil - Rusiyanın marağında deyil ki, Qarabağda erməni qalmasın və yaxud kütləvi surətdə köç başlasın. Ancaq sülhməramlılar sərbəst seçim edən şəxslərin iradəsinə təsir edə bilməzlər və yaxud etməməlidirlər”.

Politoloq vurğulayıb ki, Xankəndidəki ermənilərin Ermənistana getməsi heç bir vəchlə Qarabağın ermənisizləşdirilməsi siyasəti kimi qələmə verilməməlidir:

“Bu siyasəti dəstəkləyən, bu siyasətin arxasında dayanan qüvvələr regionda sülh istəmir. Azərbaycanın həyata keçirdiyi fəaliyyəti etnik təmizləmə, ermənisizləşdirmə kimi qələmə vermək mümkün deyil. Azərbaycanın belə bir niyyəti yoxdur. Əksinə, biz birgə yaşayışın, harmoniyanın, tolerantlığın və multikultural dəyərlərin təşviqedicisiyik. Bizim üçün həmin şəxsləri qazanmaq böyük əhəmiyyət kəsb edir. Lakin əlbəttə ki, cinayətdə əli olmuş, cinayət törətmiş şəxslər, Birinci və İkinci Qarabağ müharibəsində iştirak etmiş şəxslər araşdırılacaq.

Cənab Prezidentin də Laçında verdiyi mesaj bundan ibarətdir ki, Azərbaycanın şərtləri, siyasi, diplomatik sahədə həyata keçirilən danışıqlar yerinə yetsə, o zaman amnistiyadan danışmaq olar. Bu, çox ciddi şəkildə verilmiş mesajdır. ABŞ Dövlət Departamentindən də buna müsbət reaksiya gəlmişdi. Ali rəhbərlik məhz bu cür mesajlar verməklə istənilən erməni təbliğatının və təxribatçı ideyalarının üzərindən xətt çəkir. Məhz buna görə regionda hərəkətlilik meydana gəlir. Lakin bizim üçün önəmli olan məsələ sərbəst, şəffaf gediş-gəlişi təmin etməkdir, Laçın postu məhz bu məqsədlə yaradılıb. Üçtərəfli bəyanatın 4-cü maddəsinin, regionun hərbsizləşdirilməsinin və Ermənistan silahlı qüvvələrinin regionu tərk etməsinin prioritet olduğunu bir daha bildirmək istəyirəm”.

Aytən Novruz
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR