Onlayn ictimai-siyasi qəzet
2024-cü il ərzində La-Manş kanalı vasitəsilə Böyük Britaniyaya təxminən 36,8 min qeyri-qanuni immiqrant keçib.
Musavat.com The Guardian-a istinadən xəbər verir ki, bu, son illərin ən yüksək rəqəmlərindən biri olub.
Britaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, qeyri-qanuni mühacirlərin bu sayı 2023-cü ildəkindən (29,4 min nəfər) xeyli çoxdur. Yalnız 2022-ci ildə La-Manş boğazı ilə Böyük Britaniyaya 2024-cü ildən daha çox miqrant daxil olub (45,7 min).
Böyük Britaniya səlahiyyətliləri 2018-ci ildən bəri La-Manşdan qanunsuz daxil olan miqrantların statistikasını aparır və və dərc edirlər. Böyük Britaniyaya daxil olmaq istəyən qeyri-qanuni immiqrantlar adətən əvvəlcə Fransaya səfər edir, sonra isə qayıqla La-Manş boğazını keçməyə çalışırlar.
Musavat.com
04 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ