Onlayn ictimai-siyasi qəzet
Bakının məşhur restoranlarından olan “Kuzu Kuzu”da oğurluq hadisəsi olub.
Musavat.com xəbər verir ki, restoranda aşpaz işləyən 33 yaşlı Nərminə (ad şərtidir) müştərinin “İphone” markalı telefonunu oğurlayıb.
Xanım müştəri sanitar qovşaqda olan zaman telefonunu salfetka qabının üzərinə qoyub. Nərminə sanitar qovşağa daxil olan zaman telefonu görüb və götürüb. Evə gedərək telefonu dolabında gizlədib. Polis əməkdaşları oğurluq hadisəsi ilə bağlı restoranın işçilərini polis şöbəsinə aparan zaman Nərminə əməlini etiraf edərək telefonu təhvil verib.
Zərərçəkmiş tərəf Nərminəni bağışlayıb.
Məhkəmə Nərminə barəsində 6 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edib.
İ.Muradov
Musavat.com
14 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ