İnsanlara hürriyət, millətlərə istiqlal!

“Kuryer mopedi niyə səkidə saxlamalıdır?”

“Kuryerlərin sayı COVID-19 pandemiyası zamanı artdı. Bu gün isə kuryerlərin fəaliyyəti həyatımızın bir hissəsinə çevrilib. Lakin bu o demək deyil ki, kuryerlər yolun istənilən yerində moped ilə gedə və qanunları poza bilərlər”.

Bunu Musavat.com-a açıqlamasında nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev deyib.

AGAMİRZE.jpg (20 KB)

O bildirib ki, qaydalar hər kəsə aiddir:

“Kuryerlər də işıqforun tələblərinə əməl etməlidirlər. Heç bir kuryerə icazə verilmir ki, qırmızı işıqda sürüb getsin, piyadaya yol verməsin. Aidiyyəti qurumlar kuryer xidməti ilə məşğul olan şirkət rəhbərləriylə söhbətlər aparmalıdır ki, onlar da öz işçilərini maarifləndirsin. Kuryerlər təhlükə yaratmadan fəaliyyət göstərməlidirlər. Kuryerlərin yoldakı hərəkəti ilə bağlı kütləvi şikayətlər varsa, ilkin təcili tədbirlər görülməlidir.

Kuryerə icazə verilmir ki, mopedi hansısa səkidə saxlasın. Buna görə də kuryerlərin işi ilə bağlı konkret qaydalar qoyulmalıdır”.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR