İnsanlara hürriyət, millətlərə istiqlal!

Kürdəmirdə DƏHŞƏTLİ QƏZA: Ölənlər ər-arvad imiş

Kürdəmirdə baş verən ağır yol qəzasında ölənlərin kimliyi bəlli olub.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, həmin şəxslər Bakı şəhər sakinləri 1961-ci təvəllüdlü Qafarov Pərviz Sərvaz oğlu və onun həyat yoldaşı 1968-ci il təvəllüdlü Qafarova Afət Cavad qızıdır.

14:02

Kürdəmir rayonunda ağır yol qəzası baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun 204-cü kilometrində, Qarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Toyota” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı beton lövhəyə çırpılıb. Nəticədə sürücü və onun sərnişini hadisə yerində dünyasını dəyişib.

Meyitlər müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR