Onlayn ictimai-siyasi qəzet
Kür çayının Neftçala rayonu ərazisindən keçən hissəsində kişi meyiti tapılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə saat 18 radələrində rayonun Ərəbqardaşbəyli ərazisində qeydə alınıb.
Çayda aşkarlanan naməlum kişi meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Neftçala rayonu şöbəsinə təhvil verilib və şəxsiyyətinin dəqiqləşdirilməsi istiqamətində işlər davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ