Onlayn ictimai-siyasi qəzet
Malayziyanın Cohor əyalətin qəribə hadisə baş verib.
Musavat.com xəbər verir ki, yolun ortasında bir avtomobil yanıb, maşında olan insanlar təşvişə düşüb qaçıblar.
Polisin araşdırması zamanı məlum olub ki, hadisə məişət münaqişəsi zəminində baş verib. Belə ki, mübahisə zamanı ər arvadının avtomobilini yandırıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Hadisə yerində lentə alınan görüntülərdə "Vios" markalı sedan avtomobilin alovlanaraq yolun ortasında dayandığı və avtomobildəki 3 nəfərin panikaya düşərək qaçdığı anlar əks olunub.
Sözügedən hadisənin görüntülərini təqdim edirik.
Musavat.com
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ