Onlayn ictimai-siyasi qəzet
Şikara İsayeva 16 ildir ki, küçədə yaşayır.
Onun hekayəsi 2009-cu ildə başlayıb. Həyat yoldaşından ayrıldıqdan sonra evsiz qalan qadın bir müddət bacısı qızının yanında yaşasa da, pis münasibətə görə oranı tərk etməyə məcbur olub.
Ona kömək edən naməlum bir veteran Ş.İsayeva üçün kirayə mənzil tutub. Lakin bir neçə aydan sonra kirayə haqqını ödəyə bilmədiyi üçün yenidən küçədə qalıb. Hazırda onun evi Suraxanı rayonunun Qovsan qəsəbəsindəki həyətlərin birində yerləşən bir çardaqdır.
“Ətrafdakı insanlar mənə bacardıqları qədər kömək edirlər. Bir neçə dəfə məni sığınacağa yerləşdiriblər, amma orada qala bilmədim,” – deyə Ş.İsayeva bildirir.
60 yaşlı qadın aidiyyəti qurumlardan və imkanlı şəxslərdən kömək istəyir və tezliklə mənzillə təmin olunmasını xahiş edir.
11 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ