İnsanlara hürriyət, millətlərə istiqlal!

KTMT ölkələri Ermənistana missiya göndərəcək

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) videokonfrans vasitəsilə keçirilən növbədənkənar iclasında Ermənistana missiya göndərilməsi barədə qərar qəbul edilib.

AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə təşkilatın katibliyinin mətbuat xidmətindən bildirilib.

Kollektiv Təhlükəsizlik Şurasının iclası zamanı təşkilatın baş katibi Stanislav Zasın başçılığı ilə Ermənistana missiyanın göndərilməsi barədə razılıq əldə olunub.

Mövcud vəziyyəti qiymətləndirmək üçün KTMT-nin Birləşmiş Qərargahı və təşkilata üzv dövlətlərin nümayəndələrinə regiondakı vəziyyət, eləcə də yaranmış gərginliyin azaldılması üçün təkliflərin hazırlanması tapşırılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR