Onlayn ictimai-siyasi qəzet
“Məlum olduğu kimi, Ermənistan Respublikası Təşkilatda işə fasilə verib və bu, Ermənistan rəhbərliyinin KTMT ilə bağlı hazırkı siyasi mövqeyini əks etdirir”.
Musavat.com erməni mediasına istinadən bildirir ki, bunu qurumun baş katibi İmanqali Tasmaqambetov deyib.
Onun sözlərinə görə, bu, müstəqil, suveren dövlətin qərarıdır, ona heç bir dövlət və ya təşkilat təsir edə bilməz: “Buna baxmayaraq, biz hesab edirik ki, Ermənistan bizim müttəfiqimiz olub, var və qalır.
Biz ümid edirik ki, Ermənistan yaxın gələcəkdə KTMT-də tam iştiraka qayıdacaq. Təbii ki, KTMT Şurasının iclasında Ermənistanın da mövqeyi müzakirə olunub”, - Tasmaqambetov əlavə edib.
Musavat.com
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ