İnsanlara hürriyət, millətlərə istiqlal!

Krokus teraktının 15 yaşlı xilaskarı İslam qırğız balasıdır

Martın 22-də “Krokus Siti Holl”da törədilən dəşətli terror aktı zamanı 100-dən çox tamaşaçının həyatını xilas edən 15 yaşlı, İslam adlı oğlan əslən Qırğızıstan respublikasındadır.

Musavat.com Akipress saytına istinadla xəbər verir ki, Qırğızıstanın Prezident Administrasiyasının informasiya siyasəti xidmətinin rəhbəri Dayırbek Orunbekov İslam Xəlilovla söhbətinin videosunu dərc edərək bildirib ki, oğlanın qəhrəmanlığı hamı ilə fəxr edir.

D.Orunbekov yazır ki, uşağın atasının adı Bəxtiyar, anasının adı Aypəridir. İslamın atası Suzakdan, anası isə Uzgendəndir.

İslam həmin gün baş verənləri belə danışıb: “Əvvəlcə adi iş günü kimi idi, sonra birinci mərtəbədən qəribə səslər gəldi. Fikirləşdik ki, bəlkə eskalator xarab olub, ya da sərxoş qrup var. Sonra insanlar qaçmağa və qışqırmağa başladılar və mən anladım ki, hər şeyi bacardığım qədər yaxşı etməliyəm. Əvvəlcə izdihamın içində olanda qorxdum, fikirləşdim ki, onlar çıxıb atacaqlar, ya qumbara tullayacaqlar, amma qapını açmağı bacardım və hamımız Ekspoya qaçdıq”.

Uşağın anası Aypəri hadisədən sonra oğlunu görəndə ona görə çox qorxduğunu və ağladığını deyib. Sonra qadın oğlunu qucaqlayıb, sağ olduğuna görə şükür edib.

İndi bu uşaqla təkcə ata-anası yox, bütün qırğız xalqı fəxr edir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Dekabr 2024

23 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR