İnsanlara hürriyət, millətlərə istiqlal!

Krım məsələsi - yarımada ətrafında savaş və hüquqi mübahisə davam edir

1954-cü ildə Krımın Ukrayna Sovet Sosialist Respublikasının tərkibinə verilməsi prosesi qanuni olaraq rəsmiləşdirilməmişdi, bu qərarı ləğv etmək çox vaxt aparmazdı.

Musavat.com xəbər verir ki, bu fikri RİA Novosti-yə müsahibəsində Krım parlamentinin rəhbəri Vladimir Konstantinov deyib.

Bundan əvvəl Konstantinov müvafiq fərmanın ləğvi üçün Rusiya Konstitusiya Məhkəməsinə müraciət hazırlamağı tapşırmışdı.

Siyasətçinin fikrincə, məsələni “diqqətlə araşdırdıqda” məlum olur ki, Krım 1954-cü ildə Rusiya Federasiyasının tərkibindən çıxmayıb.

Konstantinov əlavə edib ki, 1954-cü ildə Krımın Ukrayna SSR-ə verilməsi zamanı çoxlu kobud qanun pozuntularına yol verilib. Yarımadanın RSFSR-dən alınıb  Ukrayna SSR-ə verilməsi barədə qərar qəbul edənlərin belə səlahiyyətləri olmayıb.

Siyasətçi izah edib ki, bu, təxminən Krım Dövlət Şurasının Texası Meksikaya verməsi kimi bir şey olardı. Üstəlik, o vaxt respublikaların Ali Sovetləri ümumiyyətlə belə qərarlar qəbul etmyib. Bundan əlavə, Krımın Ukraynaya verilməsindən sonra ittifaq respublikalarının sərhədləri müzakirə edilməyib və müəyyən olunmayıb.

Xatırladaq ki, 2014-cü ilin martında Krımda referendum keçirilib, nəticədə yarımada Rusiyanın ərazi hissəsinə, Sevastopol isə federal əhəmiyyətli şəhərə çevrilib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR