İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremlin gözü qorxub - Artıq əli silahlı hər kəsdən sədaqət tələb olunur

Rusiya prezidenti Vladimir Putin hərbiləşdirilmiş qeyri-ordu birləşmələrinin bütün üzvlərini dövlət bayrağı önündə ölkənin “konstitusiya quruluşuna” sədaqət andı içməyə məcbur edən fərman imzalayıb.

Musavat.com xəbər verir ki, andiçməni könüllü birləşmələrin üzvləri, ərazi müdafiəsi birləşmələri, ordunun tapşırıqlarının yerinə yetirilməsinə töhfə verən şəxslər, hətta Ukraynanın işğal olunmuş ərazilərində çalışan mühafizəçilər də həyata keçirməlidir.

London Kral Birləşmiş Xidmətlər İnstitutunun (Royal United Services Institute) tədqiqatçısı Natiyaa Seskuriyaa hesab edir ki, fərman ilk növbədə “Vaqnerçilər”ə qarşı yönəlib: “Putin gələcəkdə böhranın təkrarlanmaması üçün Vaqnerə daha ciddi nəzarət etmək istəyir”.

Bundan əlavə, Seskuriya hesab edir ki, bu, “uzunmüddətli perspektivdə Putin üçün potensial problemlər yarada bilər”, çünki Priqojinin bəzi tərəfdarlarının ona and içməkdən imtina edəcəyi ehtimal olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR