İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremldən SƏRT AÇIQLAMA - Bu plan heç vaxt baş tutmayacaq!

Rusiya Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın Qara dənizin NATO-nun dominantlıq etdiyi dənizə çevrilməsi ilə bağlı açıqlamalarına reaksiya verib.

Musavat.com xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov mövzu ilə bağlı açıqlamasında Qara dəniz heç vaxt NATO dənizi olmayacağını deyib.

"Bu, ortaq dənizdir. Bütün sahilyanı ölkələr üçün əməkdaşlıq, qarşılıqlı fəaliyyət və təhlükəsizlik dənizi olaraq qalmalıdır" - Peskov deyib.

Kremlin sözçüsü NATO-nun Ukraynaya dəstəyini tənqid edib:

"Qlobal müharibənin xətləri daha aydın olub. NATO-nun münaqişədə iştirakı artıb".

Çin və Tayvan arasında yaşanan gərginlikdə ABŞ-ın Tayvana dəstəyini tənqid edən Peskov bu cür təşəbbüslərin təxribat olduğunu deyib: "Tayvanla bağlı mövqeyimiz bəllidir. Digər ölkələrin sabitliyin pozulmasına yönəlmiş cəhdlərini qınayırıq".

Qeyd edək ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba dünən onlayn qatıldığı Qara Dəniz Təhlükəsizlik Konfransında verdiyi açıqlamada regionda təhlükə hiss edən bütün xalqlar üçün hərtərəfli təhlükəsizlik şəbəkəsinin yaradılmasının vacibliyini bildirib.

“Artıq təhlükəsizlik sistemini dəyişdirməyin vaxtı çatıb. Qara dəniz Baltik dənizi kimi NATO dənizinə çevrilir” - o bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR