İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremldən Ermənistanın KTMT-dən çıxa biləcəyi məsələsinə REAKSİYA

Kreml Ermənistanın baş naziri Nikol Paşinyanın qərarını dəyişdirmək üçün onunla dialoqu davam etdirəcək.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu jurnalistlərlə söhbəti zamanı Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Ümumiyyətlə, KTMT üzv dövlətlər arasında avtoritetə malik bir təşkilatdır. Təşkilat artıq öz effektivliyini göstərib. Onun inkişaf potensialı var. Biz erməni dostlarımızla dialoqu davam etdirəcəyik və KTMT-də birgə iştirakımız barədə danışacağıq”, - deyə, Peskov bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR