İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremldən Araik və digər quldurların həbsinə TƏCİLİ reaksiya - Qabil Hüseynli ilə CANLI

Qarabağ separatçılarının sonuncu başçısı Samvel Şahramanyan Ermənistandadır. TASS Şahramanyana yaxın mənbələrə istinadən məlumat yayıb.

Məlumatda deyilir ki, Şahramanyan Azərbaycan güc strukturları tərəfindən saxlanılmayıb və hazırda Ermənistandadır. Şahramanyanın Ermənistanda olması barədə Bakı və İrəvandan hələlik rəsmi açıqlama yoxdur.

Qeyd edək ki, Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı həbs edərək, Bakıya gətirib.

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanın Qarabağdakı qondarma rejimin keçmiş liderləri Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan və “dövlət naziri” Ruben Vardanyanın həbs edilməsinə münasibət bildirib.

Rusiya XİN sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə erməni jurnalistin separatçıların “liderləri”nin və Vardanyanın geri qaytarılması üçün Moskvanın bu məsələ ilə bağlı hansısa tədbir görüb-görməyəcəyinə dair sualına cavabında adıçəkilən şəxslərin Ermənistan vətəndaşı olduğunu söyləyib. “Siz deyəsən qarışdırırsınız. Bu sual bizə yox, Ermənistan tərəfinə verilməlidir. Həmin şəxslər Ermənistan vətəndaşlarıdır”, - Rusiya XİN sözçüsü vurğulayıb.

Zaxarova onlardan birinin (Ruben Vardanyan-red) Rusiya vətəndaşı olduğunu, daha sonra isə vətəndaşlıqdan imtina etdiyini xatırladıb.

TVMusavat-ın “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu professor Qabil Hüseynli ilə son hadisələri müzakirə edir.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR