İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremldən AÇIQLAMA: "Rusiya İrana yardım edir"

Moskva Tehranla tərəfdaşlıq münasibətlərini qoruyur, eyni zamanda İsraillə də sıx əlaqələr saxlayır. Rusiya İsraillə növbəti gərginlik fonunda İrana yardım edir, lakin hərbi cəhətdən yox.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

“İranla tərəfdaşlıq münasibətlərimiz var. Eyni zamanda İsraillə çox hamar, etibarlı əlaqələr saxlayırıq”, – deyə Peskov Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində bildirib. 

Rusiya mətbuatının yaydığı məlumata görə, Peskov bildirib ki, İran Rusiyadan hərbi yardım istəməyib. Bununla belə, “Moskvanın Tehrana dəstəyi göz qabağındadır”. O həmçinin xatırladıb ki, Rusiya tərəfi hələ də sülh yolu ilə nizamlanmada vasitəçi rolunu oynamağa hazırdır. Onun sözlərinə görə, Vladimir Putin “vasitəçilik missiyası üçün böyük potensiala malikdir”.

Dmitri Peskov həmçinin əlavə edib ki, İsrail hakimiyyəti Rusiyanın Busherdəki atom elektrik stansiyasında çalışan mütəxəssislərinin təhlükəsizliyini təmin edəcəyinə söz verib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR