İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml Yaponiyanın Rusiyaya qarşı mövqeyini qeyri-dost hesab edir

Rusiya hələlik Tokyo ilə sülh müqaviləsini müzakirə etmək niyyətində deyil, çünki Yaponiyanı qeyri-dost ölkə hesab edir.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Məlumata görə, D.Peskov Yaponiyanın Baş naziri Siqeru İsibanın ikitərəfli münasibətlərdəki hazırkı çətinliklərə baxmayaraq, ərazi problemini həll etmək və Rusiya ilə sülh müqaviləsi bağlamaq istəyi ilə bağlı səsləndirdiyi fikirləri şərh edib.

"Yaponiya ölkəmizə qarşı açıq-aşkar qeyri-dostluq mövqe tutur", - D.Peskov Tokiodan müqaviləni müzakirə etməyə və ümumiyyətlə münasibətləri bərpa etməyə hazır olmasına dair siqnalların daxil olub-olmadığı sualına cavabında deyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Fevral 2025

23 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR