İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml Ukrayna ilə bağlı gizli görüşün məzmunundan xəbər tutub

Rusiya Federasiyasına dost ölkələrin üzvləri iyunun 24-də keçirilən gizli görüşün təfərrüatlarını Moskvaya danışıblar.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Rusiyaya dost ölkələrin üzvləri Moskva nümayəndələrinə iyunun 24-də Kopenhagendə Ukrayna üzrə keçirilən görüşün təfərrüatlarını açıqlayıblar. 

 

“Bizimlə dostluq münasibətləri saxlayan ölkələrin bir çox nümayəndələri Kopenhagen görüşündən sonra səfirlərimizi məlumatlandırıblar”, - mənbə bildirib.

Onun sözlərinə görə, görüşdə Ukraynanın müttəfiqləri Rusiya Federasiyasına yaxın olan ölkələri “bişirməyə" çalışıblar. Agentliyin mənbəsi belə dövlətlərin BRİKS üzvlərinin olduğunu izah edib.

Bundan əvvəl ARD telekanalı məlumat vermişdi ki, iyunun 24-də Kopenhagendə Qərb ölkələri, eləcə də Cənubi Afrika, Braziliya, Çin və Hindistan diplomatlarının iştirakı ilə Ukrayna ilə bağlı məxfi toplantı keçirilib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR