İnsanlara hürriyət, millətlərə istiqlal!

"Kreml sehirbazı" romanı Fransanın Rusiya siyasətinə müsbət təsir edə bilər

Fransada Rusiya prezidenti Vladimir Putinin həyat və siyasi fəaliyyətindən bəhs edən “Kreml sehirbazı” (“The Wizard of the Kremlin”) romanı çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, 450 min tirajla nəşr olunan kitab tez bir zamanda populyarlıq qazanıb. Fransa mətbuatı yazır ki, Culiano da Empoli tərəfindən yazılan roman Fransanın Rusiyaya qarşı siyasətini dəyişə bilər. Məsələnin mahiyyəti ondan ibarətdir ki, romanda Vladimir Putin müsbət qəhrəman kimi qələmə verilib və onun Ukraynaya hərbi müdaxiləsinə haqq qazandırılıb.

Fransada tanınmış jurnalist Mii Konstan NYT saytındakı məqaləsində yazır ki, rəsmi Paris Fransada ictimai rəyə ciddi yanaşır. Bu romanın populyar olması onu deməyə əsas verir ki, siyasətçilər Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi hərbi əməliyyatlara və Krım yarımadası probleminə yenidən baxacaqlar və Rusiyaya qarşı sanksiyaların tətbiqini dayandırmaq barədə düşünəcəklər.

Fransanın baş naziri Elizabet Born romanı çox bəyəndiyini bildirib və qeyd edib ki, əsər yazıçının təxəyyülü olmaqla yanaşı, həm də reallığı əks etdirir. Romanda beynəlxalq aləmdə cərəyan edən siyasi proseslər əhatəli əks olunub.

Roman bir daha göstərdi ki, Fransa cəmiyyətində ədəbiyyatın ictimai-siyasi həyata çox böyük təsiri var.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR