İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml Rusiya ordusunu “ehtiyatla” tənqid etməyə çağırıb

Rusiya Federasiyasının Ukraynada "xüsusi hərbi əməliyyatı" ilə bağlı tənqidi bəyanatlara icazə verilir, lakin bu məsələdə “hüdud"u keçmək olmaz.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki bunu sentyabrın 13-də keçirdiyi brifinqdə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Digər tənqidi fikirlərə gəlincə, nə qədər ki, mövcud qanunvericilik çərçivəsində qalırlar, bu, plüralizmdir. Lakin xətt çox nazikdir. Burada çox diqqətli olmaq lazımdır", - deyə, o vurğulayıb.

Bununla Rusiya liderinin spikeri jurnalistlərin Rusiya qoşunlarının məğlub olduğu və geri çəkildiyi Xarkov və Xerson vilayətlərində baş verən son hadisələrlə bağlı Telegram kanallarında tənqidi yazılara münasibət bildirmək xahişinə cavab vermiş olub.

Peskov “ictimai rəyin hadisələrə “çox emosional” reaksiya verdiyini”, lakin “rusların prezidenti və onun qərarlarını dəstəklədiyi”ni deyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR