İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml razılaşdı, Vardanyan uzaqlaşdırılır - Tofiq Zülfüqarovla “Canlı debat”da

Xankəndidəki separatçı rejim üzvləri arasında gərginlik davam edir. Yaxın vaxtlarda “kadr” dəyişiklikləri baş verəcək. Artıq Ruben Vardanyanın “vəzifədən” uzaqlaşdırılması qaçılmazdır.

Bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, bu dəyişikliyə Rusiyanın da razılığı var. Belə ki, Kreml separatçılar arasındakı gərginlik fonunda Qarabağ ermənilərinə vəziyyəti özlərinin həll etməsini təklif edib:
“Qarabağ “hakimiyyəti” və “siyasi qüvvələri” Ermənistan hakimiyyətindən fərqli olaraq, qarşıdurmadan çox kompromis həllər və konsensusa üstünlük verir. Vəziyyətin “konstitusiya dəyişikliyi” ilə həlli variantının müzakirə olunmasının səbəbi də budur”.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.15-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində eks xarici işlər naziri Tofiq Zülfüqarovla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR