Onlayn ictimai-siyasi qəzet
Qərb mediası Ukrayna ordusu tərəfindən Kursk bölgəsinin bir hissəsinin ələ keçirilməsini manşetlərə daşıyıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Qərb ekspertlərinə görə bununla Rusiya sərhədlərinin etibarlılığı haqqında Kremlin yaratdığı mif məhv edilib və bu, Putinin reputasiyasına ciddi zərbə vurub.
Həmin başlıqlardan bəziləri belədir:
“Financial Times”: “Əməliyyat Rusiyanın müdafiəsinin zəifliyini üzə çıxardı və Kiyevə mənəvi güc verdi”.
“The Guardian”: “Ukrayna Kurska hücum edərək Rusiyada sabitliyi pozmaq niyyətindədir”.
BBC: "2022-ci ilin fevralından bəri ən əhəmiyyətli həmlə."
“Washington Post”: “Kursk hücumu Putinə yeni təzyiqləri gətirib”.
“Forbes”: "Ukrayna Silahlı Qüvvələri uzun müddətdir Kursk bölgəsinə daxil olub və onu tərk etmək niyyətində deyil."
“Le Monde”: "Kreml üçün ciddi uğursuzluq, qəfil yaxalandı."
CNN: “Kremlin yalanları yerli sakinlərin ölməsinə imkan verir”.
“The New York Times”: “Ukraynanın yeni həmləsi ABŞ-ın narazılığına səbəb olmayıb”.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ