 
                Onlayn ictimai-siyasi qəzet
 
         
                                                            Kreml Vladimir Putinin Azərbaycana səfərinin təfərrüatlarını açıqlayıb.
Musavat.com xəbər verir ki, səfər çərçivəsində Prezident İlham Əliyevlə danışıqlar zamanı digər məsələlərlə yanaşı, Azərbaycan-Ermənistan nizamlanması da müzakirə olunacaq.
Açıqlamda qeyd olunub ki, Rusiya tərəfi Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına yardımı davam etməyə hazırdır.
Əsas vəzifələr sülh müqaviləsinin imzalanması, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası prosesinin təşviqi, 2020-2022-ci illərdə ən yüksək səviyyədə əldə olunmuş üçtərəfli razılaşmalar əsasında regionda nəqliyyat, logistika və iqtisadi əlaqələrin blokunun açılmasıdır.
Daha sonra Putinin səfər proqramında bunlar var:
◾️Heydər Əliyevin məzarı önünə əklil qoyulması 
◾️Putinin Zaqulba iqamətgahına gəlişi 
◾️Birgə şəkil çəkdirmək 
◾️Putin və İlham Əliyev arasında dar çərçivədə danışıqlar 
◾️Azərbaycan Prezidenti ilə geniş tərkibdə danışıqlar 
◾️Sənədlərin imzalanması 
◾️“Ağ Şəhər” ərazisindən avtomobillə gəzinti
◾️Gülüstan sarayında İlham Əliyevin adından Putinin şərəfinə dövlət qəbulu
Musavat.com
31 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ