İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml açıqladı: Putin 3 günlük ATƏŞKƏS elan etdi

Rusiya prezidenti Vladimir Putin Qələbənin 80 illiyi münasibətilə atəşkəs elan edib.

Musavat.com xəbər verir ki, bu barədə Kremlin rəsmi açıqlamasında bildirilib. Tarixi bayram günlərində müharibə əməliyyatlarının dayandırılması qərarı verilib.

Rusiya ordusu mayın 7-dən 8-nə keçən gecə, saat 00:00-dan mayın 10-dan 11-nə keçən gecə saat 00:00-dək döyüş əməliyyatlarını dayandıracaq.

"Rusiya tərəfi ilkin şərtlər olmadan sülh danışıqlarına hazır olduğunu bəyan edir. Rusiya hesab edir ki, Ukrayna tərəfi bu nümunəni izləməlidir", - Rusiya Prezidentinin bəyanatında bildirilib.

Rusiya Ukraynanın atəşkəsə riayət etməməsi halında güc tətbiq edəcəyini də bəyan edib.

Qeyd edək ki, Rusiya hər il 9 May tarixində İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin ildönümünü qeyd edir. Bu il isə 80-ci ildönüm münasibətilə Kreml xüsusi humanitar jestə imza atıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR