Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Krasnodar diyarında yerləşən iki neft emalı zavodu dron hücumlarına məruz qalıb.
Musavat.com xəbər verir ki, hücum nəticəsində Afipskiy zavodunda yanğın başlayıb, Krasnodar şəhərində isə pilotsuz uçuş aparatı (PUA) “Mərkəzi” yaşayış kompleksinin damına düşüb.
Yerli hakimiyyət orqanları bildiriblər ki, dronun yerə düşməsi hava hücumundan müdafiə sisteminin fəaliyyəti nəticəsində baş verib. Hazırda insidentlə bağlı araşdırmalar aparılır.
Musavat.com
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ