İnsanlara hürriyət, millətlərə istiqlal!

Kralın tacqoymasına SAYILI GÜNLƏR qaldı - MARAQLI DETALLAR

İngiltərə kralı III Çarlzın mayın 6-da keçiriləcək tacqoyma mərasimi ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.

Musavat.com xəbər verir ki, sonuncu dəfə 1953-cü ildə Çarlzın anası Kraliça II Elizabet üçün keçirilən dəbdəbəli mərasim bu dəfə kralın istəyi ilə daha sadə şəkildə təşkil edilir.

Belə ki, tacqoyma mərasiminin iştirakçılarının sayı 8000-dən 2000-ə, tədbirin müddəti isə 3 saatdan 1 saata endirilib.

Həmçinin deputatlara, lordlara və hersoqlara məxməri başlıqlı mərasim paltarı əvəzinə adi kostyum geyinmələri tövsiyə olunub.

Ən təəccüblü dəyişiklik isə müqəddəs yağın tərkibi ilə bağlıdır. Tacqoyma mərasimindən sonra krala xeyir-dua vermək üçün alnına çəkilən yağın "vegan" olacağı açıqlanıb. Əvvəlki yağın tərkibində isə balina bağırsağından çıxan ətirli maddə olan əmbər var idi.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR