İnsanlara hürriyət, millətlərə istiqlal!

Kosovonun şimalında barrikadalar sökülməyə başlanıb

Kosovonun şimalında, Rudare kəndində yerli serblərin gətirdiyi yük maşınlarının çıxarılmasına başlanılıb.

Musavat.com xəbər verir ki, bu barədə “Azad Avropa” radiosu məlumat yayıb.

Rudare kəndi Mitrovitsadan 5 kilometr aralıda yerləşir və oradan Yarinje sərhəd-keçid məntəqəsinə qədər magistral yol keçir.

Gələn informasiyalara görə, yük maşınlarının və digər avtomobillərin təxliyəsi bu gün yerli vaxtla saat 11:00-da başlayıb, bundan başqa, toplanan vətəndaşlar da dağılışmağa başlayıb.

Xatırladaq ki, Kosovo və Serbiyanı birləşdirən sərhəd-keçid məntəqələri sayılan Jarinje və Bernjaka gedən yollar Kosovo hökumətinin qərarlarına etiraz edən yerli serblər tərəfindən bağlanmışdı.

Avqustun 1-i səhər Kosovo polisi blokadaların hələ də davam etdiyini bildirirdi.

Serbiya prezidenti Aleksandr Vuçiç də bazar ertəsi gecə Kosovoda gərginliyin azalacağını gözlədiyini bildirib. Onun sözlərinə görə, rəsmi Belqrad bunun üçün mümkün olan hər şeyi edəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR