İnsanlara hürriyət, millətlərə istiqlal!

Korrupsioner nazir müavinin boşanma fırıldağı üzə çıxıb

Rusiya müxalifətinin lideri Aleksey Navalnının tərəfdarları Fransanın paytaxtı Parisdə piket keçirib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, iştirakçılar bu yaxınlarda iş qadını Svetlana Manioviçə qarşı Avropa sanksiyalarının tətbiqini tələb ediblər.

Navalnının tərəfdarları iddia edirlər ki, Rusiya müdafiə nazirinin müavini Timur İvanovla keçmiş xanımı Manioviç arasında ötən ilin avqustunda uydurma boşanma yaşanıb.

Aleksey Navalnının rəhbərlik etdiyi Korrupsiyaya qarşı mübarizə fondu Svetlana Manioviçlə bağlı xüsusi hesabat da dərc edib. Verilən informasiyaya əsasən, bu qadın “keçmiş” ərinə qarşı tətbiq olunan sanksiyalara rəğmən Avropada dəbdəbəli həyat sürür, həmçinin ayda 150 min avroya Saint-Tropezdə villa icarəyə götürür. O, İsrail pasportu ilə Fransada yaşayır. Müxaliflərin iddiasına görə, bu, saxta boşanma sayəsində həm Timur İvanov, həm də xanımı Manioviçin sərvətinə əl qoyulmayıb.

“Müdafiə nazirinin müavininin arvadı Avropada yaşayır, əri isə Ukraynada insanları öldürür və ondan pul qazanır” deyə Navalnının tərəfdaşları qeyd ediblər.

Svetlana Manioviç bu yaxınlarda hazırda varlılar arasında dəbdə olan Kurşevel dağ kurortunda görüntülənib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR