İnsanlara hürriyət, millətlərə istiqlal!

Koronavirusdan qazandıqlarını “qusurlar”: 50 şirkət 1,5 trilyon dollar itirib

Qlobal koronavirus pandemiyasından ən çox faydalanan 50 şirkət 2020-ci ilin sonundan indiyədək təxminən 1,5 trilyon dollar və ya bazar dəyərinin üçdə birindən çoxunu itirib.

Musavat.com xəbər verir ki, bu barədə "Financial Times" hesablamalarına əsasən məlumat yayıb.

Siyahıda kapitallaşması 10 milyard dollardan çox olan və 2020-ci ildə səhm qiymətlərində ən əhəmiyyətli artım olan şirkətlər seçilib.

Qiyməti ucuzlaşan şirkətlər arasında videokonfrans üçün proqram təminatı hazırlayan Americanın "Zoom Video Communications" şirkəti də var. Səhmlərinin beş dəfədən çox bahalaşdığı 2020-ci ilin sonundan bəri o, bazar dəyərinin 77 milyard dollardan çoxunu və ya təxminən 80 faizini itirib.

Bulud rabitəsi sferasından RingCentral Inc.-in səhm qiymətləri eyni müddət ərzində təxminən on dəfə çökdü.

Özünü məşq etmək üçün idman avadanlığı istehsalçısı Peloton Interactive təxminən 43 milyard dollar və ya kapitallaşmasının 97 faizindən çoxunu itirib.

2020-ci ildə səhmləri ən çox - təxminən 9 dəfə bahalaşan Teslanın bazar dəyərini 669 milyard dollardan 589 milyard dollara enib.

Sinqapurun oyun, e-ticarət və rəqəmsal ödənişlər sahəsində fəaliyyət göstərən "Sea" internet şirkətinin kapitallaşması 2020-ci ildə 19 milyard dollardan 102 milyard dollara yüksəldikdən sonra 60 faizdən çox azalıb.

Shopify, JD.com Inc daxil olmaqla digər e-ticarət oyunçuları və Chewy də əhəmiyyətli itkilərə məruz qalıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR