İnsanlara hürriyət, millətlərə istiqlal!

Konfliktoloq: "Ermənistanın Azərbaycanın tərkibində anklavı yoxdur"

Ermənistan baş naziri Nikol Paşinyan ölkəsinin İctimai Televiziyasına müsahibəsində Azərbaycanla problemli məsələlərdən biri olan anklav və eksklavlar məsələsinə toxunub və bildirib ki, Azərbaycan 8 kənd məsələsini qaldırır, biz də öz növbəmizdə deyirik ki, bizim 8 kəndlə problemimiz var, çünki bizim həmin Tavuş rayonunda Azərbaycanın işğal etdiyi ərazilərimiz var.

Mövzu ilə bağlı konfliktoloq Elman Vəliyev Musavat.com-a açıqlamasında deyib ki, dünyada 200 dən çox anklav anlaşılmazlığı mövcuddur. Azərbaycan və Ermənistan arasında olan bu məsələ də onlardan biridir.

WhatsApp Image 2023-10-12 at 20.07.35.jpeg (40 KB)

"Bir ərazi yaxud bölgənin anklav və eksklav olması məsələsi elə də asand deyil. Fikrimcə, bu mövzu siyasətin ən çətin hissəsidir, xüsusən praktiki prosesdə bir ərazinin anklav olması ya olmaması, anklavların müəyyən edilməsi bir çox çətinliklər törədir. Mən bunu açıq şəkildə deyə bilərəm ki, Ermənistanın Azərbaycanın tərkibində anklavı yoxdur, çünki, anklavı ola bilməsi üçün hər hansı bir dövlətin beynəlxalq konvensiyalarla tanınmış ərazisini işğal etmiş, onu öz ərazi bütövlüyünə daxil etmiş və topoqrafik xəritələrdə öz ərazisi kimi göstərmiş olmalıdır. Qazaxın 7 kəndi və Naxçıvan Muxtar Respublikası ərazisinə daxil olan Kərki kəndi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğu üçün anklav adlandırılır və bu ərazilərə gediş üçün Ermənistan ərazisindən istifadə olunur. Bu bölgələrə qarşılıq olaraq Ermənistan höküməti iddia edir ki, Azərbaycan daxilində Ermənistan anklavları var. Bu absurddur, anklav ola bilməsi üçün müəyyən şərtlər ödənməlidir. Həm regional, həm də beynəlxalq səviyyədə iddia olunan ərazilər Ermənistan ərazisi kimi tanınmalıdır ki, bunlar öz əksini tapmır.

Digər bir məsələ isə eksklav məsələsidir. Azərbaycanın eksklavı Naxçıvandır. Anklav ona görə ola bilmir ki, hansısa bir neçə dövlətlə sərhəddir. Eksklav ona görə olur ki, xarici siyasi cəhətdən Azərbaycana bağlıdır. Tərəflər Qarabağ məsələsində də uzlaşa bilmirdi, bu səbəbdən də hərb yolundan istifadə edildi. Bu məsələdə də uzlaşma o vaxt ola bilər ki, sülh danışıqları diplomatika yolu və vasitçilər tərəfindən mərhələli şəkildə aparılsın. Eynilə Brüssel və Moskva danışıqları kimi. Amma bunun olacağı reallığı əks etdirmir, çünki Ermənistan tərəfi bu məsələdə maraqlı kimi görünmür. Bu səbəblə ola bilər ki, bu məsələ də eyni ilə Qarabağ kimi hərb yoluyla öz əksini tapsın. Azərbaycan hərbi yola əl atarsa, bu əməliyyata Rusiya da mane olmayacaq.

Ermənistan tərəfinin anklav tələbi məsələsi isə çox absurddur. Bu iddianın əsaslanması hüquqi baxımdan mümkün olmadığı üçün hansısa dövlətlərin bu iddiaya haqq qazandırması da mümkün deyil.

Anklav və eksklavdan anlayışı olan beynəlxalq təşkilatlar bilməlidir ki, qaldırılan iddia mənasızdır, çünki Ermənistanın bu əsassız iddialarını dəstəkləməyə çalışsalar beynəlxalq arenada gülünc vəziyyətə düşə bilərlər".

Dürrə Həsənova,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR