İnsanlara hürriyət, millətlərə istiqlal!

Komitə sədri Hesablama Palatasına iki maraqlı təklif verdi

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov parlamentə illik hesabatını təqdim edəndən sonra söz alan komitə sədri Siyavuş Novruzov bildirdi ki, hesabat yüksək səviyyədə hazırlanıb və ona səs verəcək.

S.Novruzov konkret təkliflərini səsləndirdi. Bildirdi ki, qanunvericiliyə uyğun olaraq cərimələrdən yığılan 25 faiz vəsaitlə bağlı şəffaflığa ehtiyac var. “İstərdim Hesablama Palatası gələcəkdə həmin vəsaitin sərf olunduğu sahələri göstərsin”. Komitə sədri digər təklifini də səsləndirdi: “Həmçinin cənab prezident bayram günlərində, yaxud bölgələrə səfərləri zamanı Prezidentin Ehtiyat Fondundan ayrı-ayrı sahələrə vəsait ayırır. Yaxşı olar ki, gələcəkdə Hesablama Palatası həmin vəsaitin hara xərclənməsi məsələsini də hesabata daxil eləsin”.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR