İnsanlara hürriyət, millətlərə istiqlal!

Köçəryanın ofis rəhbərindən Paşinyana: Psixiatriya xəstəxanasına baş çəkmək təklifim hələ də qüvvədədir


7 may tarixində Ermənistan parlamentində keçirilən hökumət saatında Baş nazir Nikol Paşinyan bir daha təəssüf hissi ilə bildirib ki, keçmiş prezidentlər onun debat dəvətlərinə cavab vermirlər.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, korrupsiya ilə bağlı verilən sualdan sonra isə Paşinyan özündən çıxaraq təhdidlər səsləndirib, keçmiş prezidentləri yada salıb və onları təhqir və hədələrlə hədəfə alıb.

Yerli “Yerevan.Today” saytı hadisəyə münasibət öyrənmək üçün Ermənistanın ikinci prezidenti Robert Köçəryanın ofis rəhbəri Bağrat Mikoyana müraciət edib.

Mikoyanın cavabı qısa olub: “Paşinyana psixiatriya xəstəxanasına baş çəkməklə bağlı əvvəlki təklifim hələ də qüvvədədir. Amma kiçik bir əlavə ilə: əgər Meğridə psixiatriya xəstəxanası varsa, məhz ora getmək daha düzgün olardı. Birincisi, o, əmin olacaq ki, Mehri satılmayıb. İkincisi isə, dördüncü palatadakı Napoleon bəlkə də onunla debat aparmağa razı olar”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 May 2025

BÜTÜN XƏBƏRLƏR