İnsanlara hürriyət, millətlərə istiqlal!

Köçəryan: ABŞ Ermənistanla strateji tərəfdaşlığını yalnız İrana hücum edəcəyi təqdirdə xatırlayacaq

ABŞ prezidenti Donald Tramp İrəvanla Vaşinqton arasında imzalanmış strateji tərəfdaşlıq xartiyasını qüvvədən salmaq yolu tutmayacaq, lakin sənədə xüsusi əhəmiyyət də verməyəcək.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu yerli siyasi strateq Tiqran Köçəryan deyib.

Onun hesablamalarına görə, Trampın dövründə bu sənəd Vaşinqtonda sadəcə unudulacaq. “Sənəddə münasibətlərin uzunmüddətli inkişafı və genişləndirilməsi nəzərdə tutulsa da, artıq Trampın gəlişinin ilk günlərindən biz bunun əksini gördük – heç kim Nikol Paşinyanı ABŞ-ın yeni seçilmiş prezidentinin andiçmə mərasiminə dəvət etmədi. Ona görə də bu sənədə xüsusi diqqət yetiriləcəyini düşünmürəm. Ola bilsin ki, onlar onu yalnız ABŞ nəhayət İrana hücum etməyə hazır olduqda xatırlayacaqlar”, - deyə Köçəryan “İcmal” proqramının efirində deyib.

Onun sözlərinə görə, Ermənistan cəmiyyəti başa düşməlidir ki, nə Bayden administrasiyası, nə də Tramp administrasiyası Ermənistana müsbət heç nə verə bilməz: Bayden administrasiyası Ermənistandan Rusiyaya, Tramp administrasiyası isə İrana qarşı istifadə etməyə çalışıb. Hər iki halda Ermənistan problemdən başqa heç nə əldə etmir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Yanvar 2025

22 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR